İstifadə şərtləri
Şəxsi məlumatların istifadəsi və qorunması siyasəti.
- Şəxsi məlumatların təhlükəsizliyinin təmınatı hüquqi, texniki və təşkilatı tədbirlərin həyata keçirilməsi ilə qüvvədə olan qanunvericiliyin tələblərinə üyğun olaraq tənzimlənir.
- Operator şəxsi məlumatların təhlükəsizliyini təmin edir və icazəsiz şəxslərin şəxsi məlumatlara girişinin qarşısını almaq üçün bütün mümkün tədbirləri görür.
- İstifadəçinin şəxsi məlumatları, mövcud qanunvericiliyin tətbiqi ilə bağlı hallar istisna olmaqla, heç bir halda, üçüncü şəxslərə verilməyəcək.
Ödəniş
Alınan məhsulların dəyərinin ödənilməsi Sizə uyğun olan üsulla həyata keçirilir: sayt üzərindən və ya malı kuryerdən təhvil alarkən.
- Kuryer xidməti tərəfindən məhsulun ünvana çatdırıldıği zaman nəğd və bank kartı vasitəsilə yerində ödəniş edə bilərsiniz. Ödənilən məbləğə sifariş edilən məhsulun dəyəri və çatdırilma daxildir.Ödəniş etdikdə Sizə kassa çeki təqdim ediləcək.
- Sifarişin sayt üzərindən onlayn bank kartı vasitəsilə ödənildikdə ödəniş üsulu – bank kartı seçilir. VISA, MasterCard, VISA Electron bank kartlarından ödəniş etmək olar.
Sifariş
Sifarişlərın çatdırılması şirkətimizin kuryer xıdməti tərəfindən həyata keçirilir. Çatdırılma müddəti : 24 sahat ərzində.
Çatdırılma qiyməti :
- 200 manata qədər olan sifarişlər – şəhər daxili – 5 manat, şəhər kənarı – 10 manat.
- 200 manatdan yuxarı bütün sifarişlər – ödənişsiz
Məhsulun qaytarılma şərtləri:
Alınan malların qaytarılması və ya dəyiştirilməsi qaydaları İstehlakçıların Hüquqlarının müdafiəsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU (19 sentyabr 1995-ci il № 1113 maddə 15.1.2) ilə tənzimlənir. Siz , tətbiq olunan qanunvericiliklə daha uzun müddət nəzərdə tutulmadığı halda, "ORİGİNAL MARİNES" mağazalarından məhsulları aldığınız gündən on dörd (14) gün ərzində hər hansı cərimə sanksiyası tətbiq olunmadan geri qaytarmaq hüququna maliksiniz. Qaytarılan məhsul, aldığınız vəziyyətdə, istifadə olunmamış, etiketləri üzərində və orijinal qablaşdırmada olmalıdır. Siz həmçinin qəbz və ya satınalma sənədini təqdim etməlisiniz. Bəzi məhsul növləri geri qaytarıla bilməz. Məsələn, bodi, alt paltarı, gecə corab, çimərlik geyimi. Aldığınız məhsulu öz seçiminizə əsasən kuryer poçtu vasitəsi ilə Satıcıya geri qaytara bilərsiniz, bu zaman geri qaytarılan məhsulun çatdırılma haqqı Alıcı tərəfindən ödəniləcək. Satıcı ödənişin geri qaytarılmasını məhsulları əldə edərkən sizin istifadə etdiyiniz ödəmə üsulu ilə eyni üsulla istifadə etməklə həyata keçirir. Kredit / debet kartı: məbləğin geri qaytarılma müddəti kartın emitent bankından asılı olaraq dəyişə bilər.